.jpg)
Reportajda vurğulanır ki, erməni silahlı birləşmələri atəşkəs rejimini cəbhənin müxtəlif istiqamətlərində, həmçinin dövlət sərhədi boyunca hər gün 100 dəfədən çox pozur. Bu zaman minaatanlardan, top və digər ağır silahlardan istifadə edilir. Bu şiddətli atəşlər cəbhə xəttinə yaxın yaşayış məntəqələrində saysız-hesabsız dağıntılara, həmçinin mülki əhali arasında xeyli ölüm və yaralanma hallarına səbəb olur. Yaralılar yaxınlıqda yerləşən tibb məntəqələrinə çatdırılır. Rəsmi məlumatlara görə, erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən son bombardmandan sonra yüzlərlə ev və mülki obyekt dağıdılıb, yaxud yararsız hala düşüb. Yerli infrastruktura, əhalinin təsərrüfatına böyük zərər dəyib.
.jpg)
Reportajın sonunda qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. BMT Təhlükəsizlik Şurası bu münaqişəyə dair 4 qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan indiyədək bu qətnamələrə məhəl qoymur. (Azərtac)
.jpg)