Cəbhədəki döyüşlər zamanı Xaçaturov bilyard oynayırmış...

Cəbhədəki döyüşlər zamanı Xaçaturov bilyard oynayırmış...
  04 May 2016    Oxunub:19300
Ermənistanın “Lragir.am” saytının baş redaktoru Aykazn Qaqriyan cəbhədəki son hadisələri təhlil edib.

AzVision.az xəbər verir ki, jurnalist məqaləsində Ermənistanın Baş Qərargah rəisi Yuri Xaçaturovun ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə getdiyini qeyd edib.
Məlumata əsasən Xaçaturov qondarma rejimin “lideri” Bako Saakyanla görüşüb.

“Aprel ayının əvvəlində baş verən döyüşlər zamanı bu iki şəxs özünü çox qəribə aparıb. Onlar cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin toplanması barədə məlumatlara əhəmiyyət verməyiblər. Bako Saakyan bunu aprel döyüşlərindən sonra verdiyi ilk müsahibədə etiraf edib, Xaçaturova gəldikdə isə ölkə KİV-lərində yayılan məlumatlarda onların bilyard oynadığı və cəbhədən gələn kəşfiyyat məlumatlarına fikir vermədiyinə dair məlumatlar yayılıb”-deyə erməni jurnalist məqaləsində vurğulayıb.

Qaqriyan sözügedən yazısında 4 günlük müharibə zamanı erməni tərəfinin verdiyi itkiləri etiraf edib.

“Heç kim Ermənistan tərəfinin niyə mövqelərini verdiyi, atəşkəsə razılaşdığı, nəticədə torpaqları itirməyimizdən danışmır. Ermənistan hərbi rəhbərliyinin səsləndirdiyi bəyanatlar ziddiyyətlidir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi hələ də “əhəmiyyətsiz” torpaqların verildiyini bəyan edir. Əhəmiyyətsiz torpaq anlayışı nə deməkdir?-deyə Qaqriyan qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti