Vitse-prezident `selfie` çəkərkən çaya yıxıldı - İtkin düşüb

Vitse-prezident `selfie` çəkərkən çaya yıxıldı - İtkin düşüb
  04 May 2016    Oxunub:12945
Rusiya Güləş İdmanı Federasiyasının (RGİF) I vitse-prezidenti Adlan Varayev çaya yıxıldıqdan sonra yoxa çıxıb.
AzVision.az bu barədə TASS-a RGİF-in prezidenti Mixail Mamiaşvili açıqlama verib.

O bildirib ki, insident Varayevin vətəni olan Çeçenistanda baş verib: "Adlan hələ də tapılmayıb. Hamımız onun üçün dua edirik".

Varayev Arqun dərəsindən "selfie" çəkərkən 30-40 metr hündürlükdən çaya yıxılıb. Onun hadisə yerində avtpmobili aşkar edilib.

Qeyd edək ki, Adlan Varayev olimpiya medalı qazanan ilk çeçendir. O, 1988-ci il Seul olimpiadasında sərbəst güləş yarışlarında gümüş medala sahib olub. Bundan əlavə, o 1987-ci il dünya çempionatının qalibi, 1986-cı il mundialının gümüş mükafatçısıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti