Ermənistanda iki əsgər döyülərək öldürülüb

AzVision.az tetr.am saytına istinadən xəbər verir ki, ilkin müayinə zamanı onların bədənində çoxsaylı sınıqların olduğu məlum olub. Əsgərlərin döyülərək öldürüldüyü ehtimal edilir.
Ölən əsgərlərin şəxsiyyəti müəyyələşdirilib. Onlar əsgər İqor Akopyan və Koryun Arutyunyandır.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İlkin Nəcəfzadə
AzVision.az