`Qarabağla bağlı görüş keçiriləcək` - Lavrov

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Görüş planlaşdırırıq, çünki məsələ yüksək diqqət tələb edir. Yəgin ki, tezliklə təmasları razılaşdıracağıq. Şübhəsiz ki, həmsədrlərin və münaqişə tərəflərinin iştirakı ilə. Bu iş belə kollektiv format tələb edir”, - deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs pozuntusunun qarşısının alınmasını və bunun üçün işlək mexanizmlərin hazırlanması başlıca məsələdir.
AzVision.az