`Tramp heç vaxt prezident seçilməyək ` - Klinton

`Tramp heç vaxt prezident seçilməyək ` - Klinton
  05 May 2016    Oxunub:2884
Amerikalılar heç vaxt Donald Trampı ölkə prezidenti seçməyəcək.
AzVision.az-ın məlumatına görə, bunu Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton “CNN” telekanalına müsahibəsində deyib.

“Tramp təmkinsiz, davakar gənc kimi digər Respublikaçıları yanıldaraq məğlub edib. Onun seçkiqabağı kampaniyası aqressivlik və hikkə ilə doludur. Amerikalılar heç vaxt Trampı prezident seçməzlər. Çünki onun hərəkətlərini əvvəlcədən təxmin etmək mümkün deyil”, - deyə H.Klinton qeyd edib.

Qeyd edək ki, mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Doland Trampın son rəqibi Con Keysik seçki kampaniyasını dayandırıb. Bununla da Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti