Ərdoğan Davudoğlunu kimlə əvəzləyir? - Namizədlər açıqlandı

Davudoğlunun vəzifədən gedəcəyini qeyd edən KİV-lər başqanlığa namizədlərin adlarını açıqlayıb.
İyun ayının 5-dək keçiriləcək qurultayda AKP başqanı və Türkiyənin baş naziri postuna 5 namizədin mübarizə aparacağı bildirilir. Ərdoğanın sözçüsü, eyni zamanda nəqliyyat naziri Binəli Yıldırım, Ərdoğanın kürəkəni, enerji və təbii resurslar naziri Bərat Albayraq, ədliyyə naziri Bəkir Bozdağ, səhiyyə naziri Məhmət Müəzzinoğlu və baş nazirin köməkçisi Numan Qurtulmuşun namizəd olacağı qeyd olunub.
Prezidentin kürəkəninin bu posta ən real namizəd olduğunu vurğulanır.
Əhməd Davudoğlunun seçkiyə qatılmamasının səbəbi açıqlanmır. Onun qurultayla bağlı bu gün mətbuata geniş açıqlama verəcəyi gözlənilir.
Gültəkin Ələsgər
AzVision.az
Teqlər: