İrəvan `DQR`-nı Moskva ilə müzakirə etməyib - Peskov

Peskov Ermənistanda gündəmə gətirilən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsinin İrəvan və Moskva arasında müzakirə edilməsi haqda suala “Xeyr, İrəvan “Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsini Moskva ilə müzakirə etməyib. Bu mövzuda qəbul edilən qərarları diqqətlə izləyirik”.
Qeyd edək ki, bu gün Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinə rəy verib.
Layihə mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.
Eldar Tanrıverdiyev
AzVision.az