Rusiyadan İrəvana xəbərdarlıq: `Bakı sərt cavab verəcək`

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski “RBC” agentliyinə müsahibəsində bildirib.
“Bu qanun layihəsinin qəbul edilməsi yerində olmayan addımdır, çünki Bakı üçün qızışdırıcı amil olacaq” – deyə Slutski bildirib.
Rus deputatının fikrincə, tərəflər danışıqlar prosesini çətinləşdirən addımlar atmaqansa, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməlidir.
Eldar Tanrıverdiyev
AzVision.az