Sarksiyandan geriyə addım: `DQR` tanınmayacaq

“Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət DQR-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, - deyə o bildirib.
Eyni zamanda Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, rəsmi İrəvan “DQR”in müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib: `Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq`.
Bundan başqa Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi daxil edilməyib.
BBC-nin məlumatına görə, parlamentin iclasının gündəliyinə 15 məsələ daxil edilib və “Dağlıq Qarabağın müstəqilliyinin” tanınması gündəlikdə yoxdur.
İlkin Nəcəfzadə
AzVision.az