İŞİD Türkiyəni raketlə vurdu: 1 ölü, 7 yaralı

Kilisin mərkəzinə 4 raket mərmisi düşüb. Məlumata görə, Kilis Suriyada İŞİD-in nəzarət etdiyi ərazilərdən atəşə tutulub.
Qeyd olunub ki, daha öncə səhər və axşam saatlarında şəhərə bir neçə mərmi düşüb, və bunun nəticəsi olaraq bir neçə nəfər yaralanıb.
Türkiyə Silahlı Qüvvələri cavab olaraq İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Nəticədə terror qruplaşmasının 20 üzvü məhv edilib.
AzVision.az