`Ərdoğanın kürəkəni baş nazir olsa...` - Rusiyadan açıqlama

Davudoğlunun istefasına münasibət bildirən Rusiya rəsmisi qeyd edib ki, Moskva ilə Ankara arasındakı gərginlik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın davranışlarından qaynaqlanır.
“Davudoğlu ikinci rolda idi. Baş nazirin dəyişməsi ən pis halda əlaqələrə ciddi təsir göstərməyəcək”.
Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrakın baş nazir olması haqda iddialara münasibət bildirən Puşkov bunun reallaşacağı təqdirdə Avropada Ərdoğana qarşı etirazların artacağını bildirib.
Rüstəm İsmayılov
AzVision.az