Moskvada tanınmış redaktor qətlə yetirilib

Faktla bağlı paytaxt polisində cinayət işi açılıb. Hazırda isti izlərlə araşdırma aparılır.
Aleksandr Rubtsov "Naşe radio", Rock FM, Best FM və "Radio JAZZ" radiostansiyaların efirində xəbərlər buraxılışlarını aparıb. Rubtsov mayın 3-də qətlə yetirlib. Onun bədənində çoxsaylı deşilmış-kəsilmiş yaralar aşkar edilib. Həmçinin onun bədənində döyülmə izləri olub.
İlkin ehtimala görə, jurnalist qarət olunub. İstintaq qrupu onun tanışları tərəfindən qarət olunaraq öldürüldüyünü ehtimal edir.
AzVision.az