ABŞ dövlət çevrilişi etmək istəyir – Nazirdən sensasion açıqlama

ABŞ dövlət çevrilişi etmək istəyir – Nazirdən sensasion açıqlama
  06 May 2016    Oxunub:3620
Venesuelanın xarici işlər naziri Delsi Rodriqes ABŞ rəhbərliyini kəskin şəkildə tənqid edərək bəyan edib ki, amerikalılar onun ölkəsində qəsdən ərzaq qıtlığı yaradıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, XİN rəhbəri hesab edir ki, Birləşmiş Ştatlar Venesuela vətəndaşlarını qəzəbləndirməyə və dövlət çevrilişi həyata keçirməyə çalışır.

“Əlimizdə ABŞ hökumətinin Venesuelada ərzaq defisiti yaratmasına dair sübutlar var. Sənaye elitasına məxsus ticarət şəbəkələri böhran yaradır. Bununla da onlar əhalini qəzəbləndirərək konstitusiya quruluşunu dəyişmək istəyib”, - deyə Rodriqes bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti