Azərbaycan nefti 2 faiz bahalaşdı

Azərbaycan nefti 2 faiz bahalaşdı
  06 May 2016    Oxunub:1707
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,97 dollar yaxud 2,12% bahalaşıb.
AzVision.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,68 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti