Ermənistanın ən böyük şirkəti borca görə ofisini satdı

Ermənistanın ən böyük şirkəti borca görə ofisini satdı
  06 May 2016    Oxunub:2356
Ermənistanın məşhur “Air Armenia” aviaşirkəti kredit borcuna görə ofisini banka satıb.
AzVision.az xəbər verir ki, bu barədə “Johovurd” qəzeti məlumat yayıb.

Məlumata əsasən şirkət rəhbərliyi hazırda yeni ofis axtarışındadır.

Şirkətin mətbuat xidmətinin rəhbəri Sirak Ambarçumyan qəzetə bildirib ki, hazırda sənədlərin bərpa edilməsi prosesi ilə məşğul olur: “Hazırda mən yeni reysin nə vaxt olacağını konkret bilmirəm”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti