Gürcüstan Ermənistana səfir göndərmir

Gürcüstan Ermənistana səfir göndərmir
  06 May 2016    Oxunub:1887
Gürcüstanın Ermənistandakı səfiri Tenqiz Şarmanaşvili artıq iki aydır ki, bu ölkədə diplomatik missiyasını başa vuraraq paytaxt İrəvanı tərk edib.
AzVision.az-ın məlumatına görə, bunu “Aysor.am”-a Gürcüstanın Ermənistandakı səfirliyindən bildirilib.

Səfirin səlahiyyətlərini müvəqqəti olaraq Malxaz Malaşxia yerinə yetirir.

Hələlik, Gürcüstan hökumətinin hansı səbəblərdən Ermənistana yeni səfir təyin edilməməsinin səbəbi bilinmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti