“Atəşkəsə ciddi şəkildə riayət olunmalıdır” – ABŞ səfiri

“Atəşkəsə ciddi şəkildə riayət olunmalıdır” – ABŞ səfiri
  06 May 2016    Oxunub:2119
"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişlərin əldə olunması məqsədilə münaqişə tərəfləri ilə səylə çalışır".
AzVision.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyini" tanıması barədə sualı cavablandırarkən bildirib.

Sekuta münaqişə tərəflərinin atəşkəsə ciddi şəkildə riayət etməli olduğunu vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti