Məmmədov Türkiyədə arvadını öldürdü

Bir müddətdir problemlər yaşayan ailə gecə saatlarında mübahisə etməyə başlayıblar. Mübahisənin sonu isə qanla bitib.
Azərbaycan əsilli Bayram Məmmədov həyat yoldaşı Əsmər Quliyevanı 2 azyaşlı uşağının gözünün qarşısında öldürüb.
Qonşuların şikayəti əsasında evə gələn polis Bayram Məmmədovu həbs edib. 8 və 10 yaşlarındakı iki azyaşlı isə pedaqoqa təhvil verilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Gültəkin Ələsgər
AzVision.az