Ərdoğan Davudoğludan danışdı: `Zərər verə bilərdi...`

Ərdoğan Davudoğludan danışdı: `Zərər verə bilərdi...`
  06 May 2016    Oxunub:6701
“Necə ki mən ona bu vəzifəni təhvil verdim, o da başqasına verər”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun gözlənilməz istefasına münasibət bildirərəkən deyib. O, fikrini belə davam etdirib:

“Əhməd Davudoğlu partiyanın qurultayını çağıracağını və istefa verəcəyini dedi. Mən də xeyirli olsun dedim. Necə ki bu vəzifə ona təhvil verilibsə, o da başqasına verər.

Bu işin uzanması zərər verə bilərdi. Biz hər zaman özümüzü yeniləyərək güclənən bir hərəkatıq. Özümüzü yeniləyərək daha da güclənəcəyik”.

Qeyd edək ki, Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti