Məmmədyarov və Nalbandyan həmsədrlərlə görüşəcək

Məmmədyarov və Nalbandyan həmsədrlərlə görüşəcək
  06 May 2016    Oxunub:2178
Dağlıq Qarabağ münaqişə tərəflərinin xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş məsələsi hazırda aktiv şəkildə müzakirə olunur. Görüşün yaxın həftələrdə baş tutacağı gözlənilir.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Hazşrda görüş hazırlıq mərhələsindədir. Görüşün keçirilməsi, konkret tarix və yer barədə qərar qəbul edilməyib. Tərəflər bir-biri ilə əlaqədədilər və onlar belə bir görüşün konkret nə ilə nəticələnə biləcəyini müzakirə edirlər. Ona görə də hələlik görüşün vaxtı barədə danışmaq tezdir”, - deyə Zaxarova qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti