`Dövlətin başı mənəm` - Ərdoğan

`Dövlətin başı mənəm` - Ərdoğan
  06 May 2016    Oxunub:2526
“AKP-nin qurucusu olaraq mən partiyanın üzvü deyiləm. Partiyadan bütün əlaqələrim kəsilib”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənini prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə görüşündə deyib. Onun sözlərinə görə, dövlət içində ikibaşlılıq olmaz: “Ali Baş Komandan mənəm, amma konstitutsiyaya görə Baş Qərargah rəisi hökumətə bağlıdır. Mən dövlətin başçısıyam, MİT hökumətə bağlıdır. Normalda həm ali baş komandanam , həm də dövlətin başıyam.

Dövlətin bu orqanlarının normal formada stabilləşdirilməsi lazımdır. Ortada sistemli narahatlılıq mövcuddur. Bu, doğru deyil. Dövlət içində ikibaşlılıq olmaz. Bu sisitem çökür və xidmətləri ləngiyir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti