`Qarabağdakı vəziyyətdən narahatıq` – Almaniya XİN

`Qarabağdakı vəziyyətdən narahatıq` – Almaniya XİN
  06 May 2016    Oxunub:2339
Berlin Dağlıq Qarabağda zorakılıq hallarının artmasına işarə edən yeni əlamətlərin olmasından narahatdır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib.

O, ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın münaqişə tərəflərini yeni gərginliyin baş verməməsi üçün lazımı addımlar atmağa çağırdığını deyib: “Berlin ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin münaqişənin həlli istiqamətində işin davam etdirilməsi səylərini dəstəkləyir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti