Avetisyan 11 ermənini qul kimi işlədib

“Vətəndaşların istismar edilməsi faktı aşkarlanıb. Sübutlar var ki, Ermənistanın 11 vətəndaşı Rusiyanın Murmansk və Kirovsk şəhərlərində uzun müddət işləməyə məcbur ediliblər”, - mənbə deyib.
Qurumun məlumatına əsasən, şübhəli şəxs qismində Avetisyan soyadlı vətəndaş axtarılır. O, 2013-2014-cü illər ərzində hipermarketin tikintisində 11 erməninin əməyindən istifadə edib və onların pulunu verməyib.
Rusiya DİN-in və İK-nin Murmansk vilayəti üzrə İdarələrindən faktla bağlı heç bir açıqlama verilməyib. Bildirilir ki, Avetisyanın axtarışı ilə İnterpol məşğul olur. (oxu.az)
Teqlər: