Ter-Petrosyan: Ermənistan `DQR`-nı tanımamalıdır

Ter-Petrosyan: Ermənistan `DQR`-nı tanımamalıdır
  07 May 2016    Oxunub:2854
“DQR-in müstəqilliyi” ilə bağlı müzakirə olunan sənədin heç bir hüquqi əsas yoxdur.

AzVision.az xəbər verir ki, bu sözləri “RİA Novosti”-ya müsahibəsində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistan bu cür addımlar atmaqla danışıq prosesindən kənarlaşa bilər:

“Danışıqlardan kənarlaşmaq əvəzinə Ermənistan ATƏT-in Minsk qrupunun danışıq prosesinə tamamilə qoşulmalı və öz hədəfinə çatmaq üçün çalışmalıdır. Ermənistan Dağlıq Qarabağın “müstəqilliyini” birtərəfli qaydada tanımaqdan çəkinməlidir.

Təktərəfli tanıma faciəvi nəticələrə gətirib çıxara bilər. Ən azından beynəlxalq təşkilatlar, bir neçə fövqəldövlətin dəstəyi olmalıdır”.

Sabiq prezident əlavə edib ki, rəsmi İrəvan “remedial secession” - yəni “qurtuluş olmaq naminə ayrılma” doktrinasından da istifadə etməlidir.

Qeyd edək ki, həmin doktrinana hər hansı bir ölkənin öz ərazisində yerləşən etno- ərazi azlığın hüquqlarını tapdaması halında meydana çıxır və belə olan təqdirdə beynəlxalq ictimaiyyət icbari şəkildə həmin ərazini sözügedən dövlətdən ayırmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti