Medvedyev Rasizadəni təbrik etdi

Medvedyev Rasizadəni təbrik etdi
  07 May 2016    Oxunub:2173
Rusiyanın baş naziri Dmitri Medvedyev Böyük Vətən Müharibəsi Qələbəsinin 71 illiyi ilə bağlı azərbaycanlı həmkarı Artur Rasizadəyə təbrik teleqramı göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məktubda bildirilir ki, keçmiş sovet ölkələri gələcək nəslin azadlıq və xoşbəxtliyi üçün vətən uğrunda canlarından keçmiş xilaskar döyüşçülərin şücaətini daim xatırlayır. O əminliyini bildirib ki, döyüş meydanındakı dostluq və qardaşlıq ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün etibarlı əsas təşkil edəcək.

Təbrik məktubu Azərbaycanla yanaşı, digər MDB ölkələrinin baş nazirlərinə də göndərilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti