Rusiyanın hərbi gəmiləri Xəzərdə təlimlərə hazırlaşır

Təlimlərdə gəmi bölüyünün birgə manevri və müxtəlif hədəflərə artilleriya atəşi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üzrə hazırlıq keçirilib.
Qeyd olunur ki, dəniz yolçuluğu zamanı Xəzəryanı ölkələrin limanlarına səfər də planlaşdırılır.
“Volqodonsk” gəmisinin ekipajı artıq hərbi qarovulların və hərbi orkestrin təliminə başlayıb. Müəyyən edilmiş limanlarda xarici nümayəndə heyətlərini qəbul edəcək gəmidə həmçinin əcnəbilər üçün ekskursiya nəzərədə tutulub.
AzVision.az
Teqlər: