Seçkilərdə namizəd olan “Öncə Britaniya” Partiyasının təmsilçisi Paul Qodinq Sadiq Xana qarşı irqçiliyə yol verib.
O, Londonun yeni seçilmiş meri çıxış edərkən etiraz əlaməti olaraq arxasını ona çevirib.
Paul Qodinqın bu hörmətsizliyi sosial mediada qalmaqal yaradıb.
İstifadəçilər onu irqçilikdə ittiham edirlər.

Qeyd edək ki, milliyətcə pakistanlı olan 46 yaşlı Sadiq Xan fəhlə ailəsindən çıxıb, onun atası avtobus sürücüsü olub. 8 uşaqlı ailə London ətrafındakı sosial mənzildə yaşayıb. Xan insan haqları sahəsində ixtisaslaşmış hüquqşünasdır. O, tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub.
2013 və 2015-ci illərdə Xan Böyük Britaniyada "ilin hüquqşunası" seçilib. Onun həyat yoldaşı Sədiyə Əhməd də hüquq müdafiəçisidir.
Cütlüyün iki uşağı var.
Rüstəm İsmayılov
AzVision.az