Nalbandyan İrəvanın Qarabağ planını açıqladı

Nalbandyan İrəvanın Qarabağ planını açıqladı
  08 May 2016    Oxunub:4058
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların davam etdirilməsi üçün hansı addımların atılmasının zəruri olduğunu açıqlayıb.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, erməni nazir danışıqlar prosesinin aprelin əvvəlində cəbhə xəttində yaşanan gərginliyin yenidən təkrarlanmamasına yönəlməli olduğunu deyib.

"Hazırda mümkün ola biləcək görüşlərin məqsədi aprel ayında baş vermiş toqquşmaların təkrarlanmasının qarşısının alınmasına, müddətsiz atəşkəs rejiminin qorunmasına və atəşkəsin pozulması hallarının araşdırılması mexanizmçlərinin yaradılmasına yönəldilməlidir", - deyə Nalbandyan bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti