Tanınmış jurnalist qətlə yetirilib

Tanınmış jurnalist qətlə yetirilib
  08 May 2016    Oxunub:2605
Pakistanda tanınmış jurnalist və insan haqları müdafiəçisi Xürrəm Zəki öldürülüb.
AzVision.az BBC-ə istinadən xəbər verir ki, Zəki Karaçi şəhərində restoranda yemək yeyərkən güllələnib.

O, "Gəlin Pakistanı Yaradaq" adlı saytın redaktoru idi. Bu sayt təriqətçiliyi pisləyir və demokratik və proqressiv dəyərləri təbliğ edirdi.

"Taliban" terror qruplaşması jurnalistin qətlini öz üzərinə götürüb.

Səbəb jurnalistin İslamabadda Qırmızı Məscidin mollasına qarşı kampaniya aparması olub.

Hadisə zamanı jurnalistlə yanaşı onunla birlikdə restoranda yemək yeyən dostu və təsadüfən yoldan keçən bir nəfər də yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti