Putinin Qələbə paradı - (FOTOLAR+VİDEO)

Putinin Qələbə paradı - (FOTOLAR+VİDEO)
  09 May 2016    Oxunub:6015
Rusiyanın paytaxtı Moskvada Böyük Vətən müharibəsində qazanılan qələbənin 71 illiyi münasibəti ilə parad keçirilib.

AzVision.az xəbər verir ki, Qırmızı meydanda keçirilən paradda 10 mindən çox hərbçi, 135-ə yaxın döyüş texnikası, 71 hərbi təyyarə və helikopter iştirak edib.



Paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib. Müdafiə naziri prezidentə məruzə etdikdən sonra parad başlayıb.

İlk dəfə hərbi paradda Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da iştirak ediblər.



Hərbçilərdən sonra, Qırmızı Meydanda “T-90” tankları, zirehli “BTR-82a”, piyada döyüş maşınları “BMP-3”, özüyeriyən haubitsalar “MSTA-S”, zenit raket kompleksləri “Buk-M2”, zenit raket-tank kompleksləri, S-400 “Triumf”, “Topol-M” və “Yars” zenit-raket sistemləri nümayiş olunub.



Paradın sonunda havaya hərbi vertolyotlar və qırıcı təyyarələr qalxıb. Bunlar arasında “Mi 28”, “Mi 8” helikopterləri, “An 22” və dünyanın ən böyük hərbi yük təyyarəsi olan “Ruslan”, “MiQ 31”, “Su-24m”, Su-34, Su-25 və Su-35 “Tu- 22m3”, “Tu-95”, “Su- 27” və “MiQ 29” qırıcı təyyarələri olub.





Qeyd edək ki, paradda Rusiya prezidenti Vladimir Putin, ölkənin baş naziri Dmitri Medvedev, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev, Rusiyanın müdafiə naziri Serqey Şoyqu və digər hökumət, dövlət rəsmiləri iştirak ediblər.

Rusiya prezidenti Vladimir Putin çıxışı zamanı qeyd edib ki, 9 May - Qələbə Günü xalqın ən böyük bayramıdır. “Böyük Vətən müharibəsinin başa çatmasından 71 il ötməsinə baxmayaraq 9 may bizim üçün əziz gündür”.

“Bu gün dünya yenidən qəddarlıqla və zorakılıqla üzləşib. Terroçuluq qlobal təhlükəyə çevrilib. Biz bu şər qüvvələrinə qalib gəlməyə borcluyuq. Rusiya digər dövlətlərlə qüvvəsini birləşdirməyə, qoşulmama beynəlxalq təhlükəsizlik sisteminin yaradılması üzərində işləməyə hazırdır”.



İlkin Nəcəfzadə
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti