Səfir erməniləri pərt etdi: `Sübut edin ki, Rusiya Azərbaycanı silahlandırır`

 Səfir erməniləri pərt etdi: `Sübut edin ki, Rusiya Azərbaycanı silahlandırır`
  09 May 2016    Oxunub:3869
Qarabağ münaqişəsini silahla həll etmək mümkün deyil.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volinkin bildirib.

Rusiyanın Azərbaycana silah satması ilə bağlı suala səfir belə cavab verib: “Mən fikrimcə, münaqişə yalnız sülh yolu ilə həll oluna bilər. Heç bir silahın köməkliyi ilə münaqişəni həll etmək mümkün deyil. Münaqişəni yalnız danışılar masasında həll etmək olar”.

Təkrarən həmin sualı səfirdən cavablandırmağı xahiş edəndə isə, o, bildirib: "Gəlin, unutmayaq, biz Ermənistana da silah satırıq. Sübut edin ki, Rusiya Azərbaycanı silahlandırır”.

Rusiya səfirliyinin ikinci katibi jurnalistlərdən xahiş edib ki, kameraları söndürsünlər. Erməni mətbuatı yazır ki, bundan sonra səfir “sensasion etiraf”la çıxış edib. “Bəyəm Ermənistan Dağlıq Qarabağı tanıyıb? Nə qədər ki, tanımayıb, rus silahı Qarabağa daxil ola bilməz”-deyə diplomat deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti