Çeçenistanda partlayış, 6 polis yaralanıb

Çeçenistanda partlayış, 6 polis yaralanıb
  09 May 2016    Oxunub:1680
Çeçenistanın paytaxtı Qroznıda iki terrorçu Nəzarət-Buraxılış Məntəqəsinə hücum edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə 6 polis əməkdaşı yaralanıb. 4-nün vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Üzərlərinə qumbara və partlayıcı qurğu bağlamış iki silahlı Qroznıya daxil olmağa çalışıb. Polislərin onları yoxladığı zaman yaraqlılardan biri özünü partladıb. Digəri isə silahla atəş açmaq istəyərkən zərərsizləşdirilib.

Artıq özlərini partladan iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxslər 1991-ci il təvəllüdlü Əhməd İnalov və 1989-cu il təvəllüdlü Şamil Canaraliyevdir. Hər iki şəxs Qroznının Kirovka qəsəbəsinin sakinləridir.

Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti