Avstriya kansleri istefa verib

Aprelin 24-də ölkədə keçirilən prezident seçkilərində rəhbərlik etdiyi partiyanın namizədi olduqca zəif nəticələr əldə etdikdən sonra ciddi tənqid hədəfinə çevrilən V.Faymann onun siyasi kursunun partiya daxilində dəstəklənməməsini istefa verməsinə əsas səbəb kimi göstərib.
O, istefa ərizəsini ölkə başçısı Haynts Fişerə təqdim etdikdən sonra Baş nazir səlahiyyətlərini müvəqqəti olaraq vitse-kansler Raynhold Mitterlehner, SPÖ partiyasına sədrliyi isə Vyana şəhərinin meri Mixael Hoypl icra edəcək.
AzVision.az
Teqlər: