Rza Zərrab məhkəmədə tək bir söz dedi: `Başa düşdüm`

Rza Zərrab məhkəmədə tək bir söz dedi: `Başa düşdüm`
  09 May 2016    Oxunub:41886
Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın məhkəmə stenqoramı açıqlanıb.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində dövlət ittihamçısı Prit Bhraranın hazırladığı iddianamədə 4 ayrı cinayətdə ittiham olunan Rza Zərrab barədə məhkəməyə yeni dəlillər təqdim etmək üçün işlər aparıldığı bildirilib. Yeni dəlillər təqdim etmək üçün yüz minlərlə sənəd, yazışma və telefon danışıqları araşdırılır. Bu araşdırmaların isə ən geci bu ayın sonu başa çatacağı proqnozlaşdırılır.

Məhkəmənin hakimi Riçard Bermanın qarşısında Rza Zərrabla yanaşı Amerika dövlətinin təmsilçisi kimi prokuror Prit Bharara, onun köməkçisi Sid Kamaracu və Rza Zərrabın vəkilləri Benjamin Brefmen, Meyr Anqlefilo, Coşua Krişner çıxıb. Həmçinin Federal Tədqiqatlar Bürosunun (FBİ) Zərrabın cinayət işinin istintaqını aparan komadadakı iki üzvü və türk dilinə sinxron tərcümə edən tərcüməçi də prosesdə iştirak edib.



Hakim Bermanla Rza Zərrabın dialoqu isə rəsmi sənədlərdə belə qeyd olunub:

Hakim Riçard Berman: “Əvvəlcə qeyd edim ki, cənab Brefmen, yəqin bilirsiniz, türk dilinə tərcümə edəcək tərcüməçi təşkil etmişəm”

Vəkil Benjamin Brefmen: “Bəli. Sabahınız xeyir. Bu məhkəmədə olmaq həmişə şərəfdir. Tərcüməçiyə görə təşəkkür edirəm. Səhər müvəkkilimlə ingiliscə söhbət elədik. O istəyir ki, məhkəmə boyunca tərcüməçi olsun. Bizim üçün bunu təşkil etdiyinizə görə minnətdaram. Məhkəməyə hazırıq”.

Hakim Riçard Berman: “Məhkəmədən sonra yox, elə həmin vaxt tərcümə ediləcək”

Vəkil Benjamin Brefmen: “Bəli”

Hakim Riçard Berman: “Cənab Zərrab, bu məhkəməni tərcüməçinin köməyi ilə izləyəcəksiniz”.

Rza Zərrab: “I understand (Başa düşdüm)”

Növbəti qeydlərdən isə məlum olur ki, dövlət ittihamçısı yeni dəlilləri təqdim etmək və bu istiqamətdə araşdırmalar aparmaq üçün məhkəmədən 30 gün vaxt istəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti