Kerri və Lavrov Qarabağın taleyini müzakirə etdi

Kerri və Lavrov Qarabağın taleyini müzakirə etdi
  09 May 2016    Oxunub:2866
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında növbəti dəfə telefon danışığı olub.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Kerri və Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

Rusiya XİN-in məlumatında, həmçinin bildirilib ki, danışıq zamanı bir sıra aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və hazırki mərhələdə Minsk qrupunun mümkün addımları müzakirə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti