Dərbəndin keçmiş başçısının atası öldürülüb

Dərbəndin keçmiş başçısının atası öldürülüb
  10 May 2016    Oxunub:1655
Dərbəndin sabiq icra başçısı Feliks Qazıəhmədovun atası, 82 yaşlı Hacıəhməd Qazıəhmədov öldürülüb.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.

Polisdən bildiriblər ki, qətl hadisəsi bu gün səhər saatlarında baş verib. Onun üzərində odlu silah yaraları aşkarlanmış cəsədi yaşadığı evdə tapılıb.

Qeyd olunur ki, Hacıəhməd Qazıəhmədov əvvəllər şəhərdəki pedaqoji peşə məktəbinin direktoru vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti