İran polisi miqrantları atəşə tutdu: 6 ölü, 18 yaralı

İnsidentin İranın şərqində Refsencan dairəsində baş verdiyi deyilir. Məlumata görə, qeyri-leqal miqrantla dolu yük maşını Əfqanıstandan gəlirmiş.
Yerli polis rəisi Alizar Palivar jurnalistlərə açıqlamasında qeyd edib ki, polislər yük maşınını səhralıqda hərəkət edərkən görüblər. Daha sonra polislər maşını saxlamaq istəsələr də, sürücü onu saxlamaqdan imtina edib. Elə bundan sonra yük maşınına atəş açılıb.
Avtomobil dayandıqdan sonra polislər onun içərisində ölən və yaralananların olduğunu aşkar ediblər. Məlum olub ki, onlar Əfqanıstandan gələn 20-30 yaş arası miqrantlar olub.
Hakimiyyət orqanlarının məlumatına görə, İranda Əfqanıstandan gələn 1,5 milyondan çox rəsmi miqrantlarla yanaşı, eyni sayda qeyri-rəsmi miqrantlar da var. (Ans)