Bu gün 28 dərəcə isti olacaq

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.
Mayın 10-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.
AzVision.az