Tramp geri çəkildi: `Onu ABŞ-a buraxacağam`

Milyarder bildirib ki, o, Xanın mer seçilməsinə görə şaddır və əmindir ki, yeni mer öz işinin öhdəsindən gələcək.
“Həmişə istisnalar olacaq”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, mayın 6-da Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mer seçkilərində Leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan qalib gəlib.
Londonun yeni seçilmiş meri, Pakistan əsilli Sadiq Xan bildirib ki, onun dini baxışları, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-a səfər etməyə imkan verməyəcək.
“Əgər Tramp prezident seçilərsə, etiqad etdiyim dinin əsasları mənim oraya getməyimə izn vermir. Bu isə o deməkdir ki, mən Amerika şəhərlərinin merləri ilə əməkdaşlıq edə bilməyəcəyəm”.
Eldar Tanrıverdiyev
AzVision.az