Ermənistan parlamenti `DQR`-ı tanımayacaq

AzVision.az xəbər verir ki, bu barədə `TASS`agentliyinə Ermənistan parlamentinin aparatından bildirilib.
“İki müxalifətçi deputat – Zauri Postancyan və Qrant Baqratyanın Ermənistanın “Dağlıq Qarabağın tanınması”na dair qanunverici təşəbbüsü, hökumət tərəfindən təqdim edilən gündəmdə yoxdur”, - aparatdan qeyd ediblər.
Qeyd edək ki, mayın 5-də Ermənistan hökumətü bu qanun layihəsi üzrə rəy qəbul edərək onu parlamentə təqdim edib.
Ermənistan Milli Məclisinin İctimaiyyət və KİV ilə əlaqə idarəsinin rəisi Arsen Baboyan mayın 5-də bəyan edib ki, parlamentin xarici əlaqələr üzrə komissiyası bir ay müddətində bu qanun layihəsinin iclaslardan birinin gündəminə daxil olub-olmamayacağı məsələsi üzrə qərar qəbul etməlidir.
Bununla yanaşı, komissiya üzvləri bu məslənin baxılmasını təxirə də sala bilər.
Eldar Tanrıverdiyev
AzVision.az