Putin iki prezidenti niyə təbrik etməyib?

“Siz bilirsiniz ki, Rusiya ilə Gürcüstan və Ukrayna rəhbərlikləri arasında ən yüksək səviyyədə dialoq yoxdur”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya heç vaxt ikitərəfli münasibətlərdə neqativ proseslərin təşəbbüskarı olmayıb.
Peskov Putinin sözlərini xatırladaq bildirib ki, dövlətlərarası münasibətlər heç bir halda xalqların münasibətlərinə təsir etmir. Ona görə də Putinin təbriki məhz gürcü və Ukrayna xalqlarına ünvanlanıb.
Eldar Tanrıverdiyev
AzVision.az