“Sizi xəbərdar edirəm. Yay Olimpiya Oyunları və istirahət üçün Braziliyaya gəlməyin. HəyatınızI riskə atmayın”.

Futbolçu səhifəsində küçədə öldürülən qızın şəklini paylaşaraq bu sözləri yazıb: “Rioda quldurlar 17 yaşlı qızı öldürüblər. Braziliyada vəziyyət çox pisləşir. Yalnız Allah bizim ölkəmizi biabırçılıqdan xilas edə bilər”.
Rivaldonun bu çağırışı çoxlarını qorxuya salıb.
Qeyd edək ki, Yay Olimpiya Oyunları 5-21 avqust tarixində Rio-de-Janeyroda keçiriləcək.
İlkin Nəcəfzadə
AzVision.az