Daşnaklar da Azərbaycanı atom silahı ilə hədələyir

AzVision.az “1in.am” saytına istinadən xəbər verir ki, bunu Ermənistan İnqilab Federasiyası - “Daşnaksütyun”un parlament fraksiyasının rəhbəri Armen Rustamyan bildirib.
Parlamentdəki daşnakların rəhbəri sabiq baş nazirin çıxışını inkar edən erməni ictimaiyyəti və dövlət xadimlərini sərt şəkildə tənqid edərək Ermənistanın radioaktiv silah istehsalını davam etdirmək niyyətində olduğunu bildirib: “Kim bunun qadağan olunacağını və bizim artıq silah istehsal etmədiyimizi dedi?”.
Qeyd edək ki, aprelin 29-u Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahına sahib olduğunu bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az