Buşun qızı şahzadə Harri ilə evlənə bilər

AzVision.az `Today`-ə istinadən xəbər verir ki, elçi rolunda potensial gəlinin bacısı Cenna çıxış edib.
“Today Show”-da yayımlanan müsahibə zamanı Cenna Buş – Harger şahzadə Harrinin şəxsi həyatı ilə maraqlanaraq ona “uşaqlar haqqında siz sual verirlərmi?” sualını verib. Buna cavab olaraq isə şahzadə “Bilmirəm, mənim heç qız rəfiqəm belə yoxdur”, - deyə bildirib.
Bundan sonra Buş-Hager bildirib ki, onun bacısı Barbaranın da eyni problemləri var.
“Bəlkə biz efirdən sonra danışaq”, - deyə şahzadə gülərək cavab verib.
Eldar Tanrıverdiyev
AzVision.az