ABŞ Bakı və İrəvana səsləndi: Danışıqlara başlayın

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner mediada Ermənistanın “Dağlıq Qarabağ Respbulikası”nın müstəqilliyinin tanınması barədə sualı cavablandırarkən bildirib.
“ABŞ dünya birliyi ilə birgə Dağlıq Qarabağı tanımır və tanımayacaq. Dağlıq Qarabağın son statusu yalnız münaqişənin hərtərəfli həlli kontekstində müəyyənləşə bilər. Ona görə də münaqişənin davamlı həllinə nail olmaq üçün yaxşı niyyət göstərməyə və danışıqlar masasına oturmağa çağırırıq”, - deyə Toner qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az