Aİ Ermənistanda nüvə bombasının olmasını araşdıracaq

“Mən bunu dəqiqləşdirməliyəm. Siz bizim nüvə silahının yayılmaması barədə mövqeyimizi bilirsiniz. Siz bizim bu məsələyə yanaşmamızı bilirsiniz. Bu hamıya aydındır. Lakin mən bu məlumatı dəqiqləşdirəcəyəm”, - deyə Kosyançiç qeyd edib.
Qeyd edək ki, aprelin 29-u Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə silahına sahib olduğunu bildirib.
Ermənistan İnqilab Federasiyası - “Daşnaksütyun”un parlament fraksiyasının rəhbəri Armen Rustamyan isə “Qarant Baqratyan nə danışdığını yaxşı bilir, o ağıllı insandır və baş nazir olub. Onun belə bəyanatlar verməsi üçün əsas var. Biz atom energetikasını inkişaf etdirən ölkəyik. Bundan artıq heç nə deməyəcəyəm, bu, hərbi sirdir”, - deyə bu günkü açıqlamasında bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az