Stalinin dünən qoyulan abidəsi bu gün söküldü

Abidənin qoyulmasının təşəbbüsçüsü olan yerli sakinlər bələdiyyənin bu fəaliyyətinə etiraz ediblər, ancaq onun sökülməsinə mane olmayıblar.
Mayın 9-da gecə isə yenicə quraşdırılan abidəni naməlum şəxslər qırmızı rənglə boyayıblar.
Stalinin sovet vaxtında Ateni kəndində qoyulan və 70 ildən çox qalan abidə 2009-cu ildə, Gürcüstanın işğal əleyhinə qanun qəbul etməsindən dərhal sonra sökülüb. (modern.az)