Rusiya Xəzərdə boru kəmərlərinin tikintisinin əleyhinədir

“Rusiyanın bu məsələ ilə bağlı mövqeyi əsaslıdır və çox açıqdır. Xəzər dənizinin hər mənada məxsus olduğu unikal hövzədə magistral boru kəmərlərinin çəkilişinə, hər şeydən əvvəl ekologiya prizmasından və yalnız bundan sonra iqtisadi nöqteyi nəzərdən baxmaq lazımdır”, — deyə Bratçikov “Caspian Energy” jurnalına müsahibəsində bildirib.
Səfir bununla yanaşı qeyd edib ki, məsələnin ekoloji tərəfinin bütün Xəzəryanı dövlətlərə aidiyyəti var və buna görə bütün qərarlar bir-biri ilə əlaqəli şəkildə qəbul olunmalıdır.
“Və burada beş Xəzəryanı dövlətin hamısı səs hüququna malikdir, çünki Xəzər dənizinin gələcəyinə görə həmrəy məsuliyyət daşıyırlar. Transxəzər boru kəmərlərinin tikintisi üzrə birtərəfli fəaliyyət yolverilməzdir”, — deyə Bratçikov bildirib.
AzVision.az
Teqlər: