Müəllimlərin maaşı cücələrlə ödəniləcək
"Ötən il də maaşları kartof, kök və balqabaqla ödəyiblər. Bu il isə pul yerinə cücə verirlər. Bizə cücə lazım olsaydı, elə bazardan alardıq".
Başqa bir şəxs məvacib ödənilərkən cücələrin qiymətinin 2,5 ABŞ dollarından hesablandığını deyib ki, bu da bazar qiymətlərindən iki qat yuxarıdır.
Məsələ zarafatlara səbəb olub. "Bunda nə problem var ki? Naharda toyuq şorbası, günorta toyuq qızartması və axşam isə toyuq yeyərik. Heç olmasa vitamin alarıq".
Özbəkistanda media sərt nəzarət altındadır və xarici mətbuatla danışanlar adlarının çəkilməsini istəmirlər.
Ölkə uzun illərdir ki, nağd pulun çatışmazlığından əziyyət çəkir.
Məlumata əsasən, dövlət rəsmiləri iki aydır ki, maaş ala bilmədiyindən şikayət edirlər. (BBC)
Teqlər: